ONN İnformasiya Agentliyi

Sakinlərin NƏZƏRİNƏ- Sabah qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ- Sabah qaz olmayacaq
02 May 2024 - 20:21

Sabah Saatlı rayonunun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.

ONN media xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaracalar QPS qolu” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək, ümumilikdə 1189 abonenti olan Saatlı rayonunun Qaracalar, Varxankənd, Qaralar, Gomuşçu və Seyidlər kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png