Türkiyənin Həvəskar İdman Klubları Federasiyasının Vitse-prezidenti Ahmet Karaman koronavirusdan dünyasını dəyişib.
ONN media xəbər verir ki, o, müalicə aldığı Oxmeydanı Araşdırma Xəstəxanasında virusla mübarizənin 4-cü günündə gözlərini yumub.
Məlumatı Türkiyə Futbol Federasiyası yayıb.