Bakıda dəm qazı daha bir faciəyə səbəb olub.
ONN media xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Moskva prospekti ev 62, mənzil 19-da yaşayan 1957-ci il təvəllüdlü Şəhla Həsənova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Ş.Həsənova Respublika Klinik Xəstəxanasında tibb bacısı vəzifəsində çalışıb.