Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.
ONN media xəbər verir ki, Ramazanın 22-ci günü üçüncü Qədr gecəsinə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir.
“Quran” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır.
Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.