Qubada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
ONN media xəbər verir ki, hadisə rayonun Hacıhüseynli kəndində baş verib.
1988-ci il təvəllüdlü Məmmədov Anar Nurbala oğlunu maşın vurub. O, sol baldır sümüyünün sınığı ilə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.