Türkiyə Mərkəzi Bankı ölkə ərazisində kriptovalyutanın maliyyə əməliyyatlarında qadağan edilməsi barədə qərar verib.
ONN media bildirir ki, müvafiq “Resmi Gazete”də dərc olunub.
Qadağa aprelin 30-dan etibarən qüvvəyə minir.
Qərara əsasən, Türkiyədə istənilən növ kriptovalyutanın mal və xidmətlərə görə ödəniş vasitəsi kimi istifadəsi qadağan olunur.