Dünya birjalarında neft ucuzlaşıb.
ONN media xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,67 dollar və ya 0,84% azalaraq 79,03 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,85 dollar və ya 1.11% azalaraq 75,90 dollar təşkil edib.