Rusiyada ikinci böyük yanğın başlayıb, əhali təxliyə edilir
Moskvanın şərqində yerləşən uşaqlar üçün "Persey" ticarət mərkəzində yanğın başlayıb. Xilasedicilər mərkəzin ziyarətçilərini evakuasiya edirlər. Zərərçəkənlər var.
ONN media xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya paytaxtının fövqəladə hallar xidmətindəki mənbə məlumat verib. "Yanğın mürəkkəbliyinə görə 2-ci dərəcəli (güclənən) qiymətləndirilir. Zərərçəkənlər var, ziyarətçilər xilasedici nərdivan vasitəsilə təxliyə edilir" — deyə fövqəladə hallar xidmətinin əməkdaşı bildirib.
Bu insident Kemerovoda baş verən məşum yanğından sonra aparılan kütləvi yoxlamalar əsnasında baş verib.
Xatırladaq ki, bu il martın 25-də Kemerovodakı dördmərtəbəli ticarət mərkəzində yanğın baş verib. Yanğında 41-i uşaq olmaqla 64 nəfər faciəvi surətdə həlak olub, 13 nəfər dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.