ABŞ-ın Los Anceles şəhərində atışma baş verib.
ONN media xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər yaralanıb.
Qeyd olunur ki, hadisə barların birində qeydə alınıb.
İlkin məlumatlara əsasən, ölənlərin olduğu da deyilir. Atışmanı törədən şəxs hadisə yerindən uzaqlaşa bilib. Hazırda onun axtarışları aparılır.