Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
ONN media xəbər verir ki, yanvarın 8-də qızılın qiyməti yanvarın 7-i ilə müqayisədə 9,945 manat azalaraq 1 unsiya üçün 2181,2615 manat təşkil edib.
Gümüş 0,4041 manat ucuzlaşaraq 1 unsiya üçün 26,4313 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 14,8665 manat azalaraq 1394,1785 manat, palladiumun qiyməti isə 11,6365 manat azalaraq 2212,8135 manat təşkil edib.