Rusiyanın Tatarıstan Respublikasının Naberejnı Çelnı şəhərində ticarət mərkəzindən 200 nəfər təxliyə olunub.
ONN media xəbər verir ki, təxliyəyə ticarət mərkəzinin işıqlandırma sistemində baş vermiş qısa qapanma səbəb olub.
Qeyd olunur ki, qısa qapanma nəticəsində avtomatik siqnalizasiya işə düşüb və hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Ticarət mərkəzindən 52-i uşaq olmaqla 200 nəfər təxliyə edilib, xəsarət alan olmayıb.(Trend)