Bakıda yanğın qeydə alınıb.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.