ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi Sankt-Peterburqun "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək.