Sabahdan Azərbaycanda “Formula-1” üzrə növbəti Qran-Pri yarışına start veriləcək.
ONN media xəbər verir ki, yarış öncəsi təşkilatçılar tərəfindən böyük yanlışlığa yol verildiyini aşkarlanıb..
Məlumata görə, təşkilatçılar “Formula-1” izləməyə gələnlərin əyləşəcəyi tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər. Lakin bu zaman ciddi nöqsana yol verilib və bayrağın rəngləri dəyişik düşüb.
Belə ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salınıb, aypara-ulduz səhv istiqamətdə vurulub.