Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Qarabağ Universitetində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.
ONN media xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, media nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edirlər.