İnstagram sosial şəbəkəsi "Usage Insight" adlı yeni funksiyanı istifadəyə hazırlayır.
ONN media bildirir ki, yeniliyə əsasən, istifadəçilərin proqramda nə qədər vaxt keçirmələri hamıya bəlli olacaq.
Bu haqda "TechCrunch" nəşri məlumat yayıb.
"İnstagramdakılar hər hansı istifadəçinin şəbəkədə nə qədər vaxt keçirdiyini biləcək. Biz bunun üzərində işləyirik", – deyə sosial şəbəkənin yaradıcısı və baş direktoru Kevin Sistrom açıqlamasında bildirib.
"Biz düşmən deyilik, məqsədimiz insanların vaxtlarını daha səmərəli keçirmələrinə xidmət etməkdir", – deyə o, fikrini yekunlaşdırıb.