ONN İnformasiya Agentliyi

Anar Bağırovdan vəkillərə ŞAD XƏBƏR

Anar Bağırovdan vəkillərə ŞAD XƏBƏR
13 May 2020 - 20:50

“Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı Covid -19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapdı”.

ONN media  xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bidirib.

O qeyd edib ki, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar: “Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir! Ədliyyə nazirliyinin rəhbərliyinə və şəxsən cənab nazir Fikrət Məmmədova vəkil korpusu adından öz minnətdarlığımızı bildiririk”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png