ONN İnformasiya Agentliyi

Azərbaycan Sudana hərbiçi göndərəcək

Azərbaycan Sudana hərbiçi göndərəcək
30 Noyabr 2018 - 13:52

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində UNMİSS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

ONN media xəbər  verir ki, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Onun sözlərinə görə, layihə ölkə prezidentinin imzası ilə  Milli Məclisə təqdim olunub: “Bu sənədlə Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir.

Ümumiyyətlə, layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyasının tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq”. 

O, eyni zamanda BMT-yə Azərbaycanla bağlı çağırış edib: “Biz neçə illərdir ki, dünyada sülhyaratma prosesində iştiak edirik. Bu, bizim bir daha BMT-nin nizamnaməsinə sadiqliyimizi göstərir. Eyni zamanda istəyirik ki, BMT özünün Azərbaycana aid qəbul etdiyi qətnamələrin icrasına məsuliyyətlə yanaşsın”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png