ONN İnformasiya Agentliyi

Azərbaycan Ukraynaya minatəmizləyən maşın verdi

Azərbaycan Ukraynaya minatəmizləyən maşın verdi
25 Noyabr 2023 - 9:26

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib.

ONN media xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti yayıb.

“Azərbaycan Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, – məlumatda bildirilib.

Bundan başqa, məlumatda avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də vurğulanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png