ONN İnformasiya Agentliyi

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
22 Aprel 2024 - 12:54

Ermənistan polisi “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın beş üzvünü saxlayıb. 

ONN media xəbər verir ki, bu barədə təşkilatın “Facebook” səhifəsində bildirilib. Silahlı qruplaşmanın Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan adlı üzvləri Noyemberyan rayonunun polis şöbəsinə aparılıb.Qeyd edək ki, həmin şəxslər Qazax rayonun Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən Azərbaycana təhvil veriləcək dörd kəndində saxlanılıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png