ONN İnformasiya Agentliyi

Azərbaycanda bu dövlət idarələri LƏĞV EDİLİR

Azərbaycanda bu dövlət idarələri LƏĞV EDİLİR
29 Avqust 2019 - 11:55
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı (YTP) fəaliyyətini dayandırır.

ONN media xəbər verir ki, bunu “APA-Economics”ə qurumlara yaxın etibarlı mənbə deyib.

Mənbənin sözlərinə görə, qurumların ləğv olunması yeni yaradılan İnnovasiya Agentliyinin dövlət qeydiyyatından keçməsi ilə əlaqədardır.

“Fondun və YTP-nin hazırkı işçi heyəti Agentliyin tərkibində fəaliyyət göstərəcək. Belə ki, 30 avqustda işçilərin əmək müqaviləsinə xitam veriləcək, sentyabrın 2-də isə yeni müqavilələr bağlanacaq”, – deyə mənbə əlavə edib.

Qeyd edək ki, Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png