ONN İnformasiya Agentliyi

AzTV faciəvi qəzaya görə efir proqramında dəyişiklik etdi

AzTV faciəvi qəzaya görə efir proqramında dəyişiklik etdi
01 Dekabr 2021 - 19:49

Azərbaycan Televiziyası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib.

ONN media xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildiirlib ki, hadisə ilə bağlı məlumatın çıxdığı andan etibarən kanalın səlahiyyətli şəxsləri əyləncəli və musiqili verilişlərin dayandırılması, efir proqramının sözügedən faciəvi hadisəyə uyğunlaşdırılması ilə bağlı qərar qəbul edib.

“Azərbaycan Televiziyası ölkə əhəmiyyətli hadisələr, xalq və dövlət üçün həssas məqamlarda dərhal reaksiya verir, verilişlərin mövzularında dəyişiklik edir, ictimaiyyətin məlumatlandırılması üçün səfərbər olur. Bundan sonra da bu siyasətin davam etdirilməsinə çalışacağıq” – deyə məlumatda bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png