ONN İnformasiya Agentliyi

Bakıda Zəfər yürüşü başladı

Bakıda Zəfər yürüşü başladı
08 Noyabr 2021 - 10:23

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilir.

ONN media  xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə “Azneft” dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edir.

Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını tutublar. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları çiynlərində 470 metr uzunluğunda Azərbaycan bayrağı daşıyırlar.

“Ağ şəhər” bulvarınadək davam edəcək yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png