ONN İnformasiya Agentliyi

BDU da yeni TƏYİNAT

BDU da yeni TƏYİNAT
27 Yanvar 2020 - 16:38

Bakı Dövlət Universitetində (BDU) növbəti kadr dəyişikliyi aparılıb.

Universitetdən verilən məlumata görə, BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilərək, rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Onun yerinə fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Məmmədov, Ümumi məsələlər üzrə prorektor vəzifəsinə isə Mahir Hüseynov təyin edilib.

Biologiya fakültəsinin dekanı Akif Quliyev səhhəti ilə əlaqədar öz ərizəsinə əsasən vəzifəsindən azad edilib. Həmin vəzifənin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib.

Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png