ONN İnformasiya Agentliyi

Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? – RƏSMİ AÇIQLAMA

Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? – RƏSMİ AÇIQLAMA
17 May 2024 - 11:50

“Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun ödənişli hissəsi ilə bağlı anlaşılmazlıq yaşanıb.

Sürücü bildirib ki, yolun girişinə quraşdırılmış monitora “hibrid giriş yoxdur” yazılıb. Nə baş verdiyini anlamayan sürücü yolda hibrid avtomobillə hərəkətin məhdudlaşdırıldığını düşünüb. 

Məsələni aydınlaşdırmaq üçün bağlı AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə sorğu ünvanladıq. Anar Nəcəfli açıqlamasında bildirib ki, burada tamamilə başqa anlayışdan söhbət gedir. Yolda hibrid avtomobillərin hərəkəti ilə bağlı heç bir qadağa yoxdur:

“Orada həm ödəniş məntəqəsinə yaxınlaşıb müvəqqəti kart alıb keçmək də olacaq, həm də daimi kart da alıb (xüsusi çipli kart) alın şüşəsinə yapışdırıb onunla da keçmək olur. Hibrid də məhz bu iki ödəniş üsulunun tətbiqi anlamına gəlir. Sürücülər hər iki kartdan istifadə edərək ödəniş məntəqəsində keçid edə biləcəklər. Hazırda həmin sistem işlək vəziyyətə salınmayıb. Yaxın zamanda kartla keçid olacaq. Burada hibrid avtomobillə bağlı heç bir qadağa yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png