ONN İnformasiya Agentliyi

Bu jurnalın işçilərinin fantastik maaşı

Bu jurnalın işçilərinin fantastik maaşı
23 Avqust 2022 - 13:29

SOCAR strukturuna daxil olan “Azərbaycan Neft Təsərrüfatı” jurnalı işçilərinin də əmək haqqına əlavələr olunub.

ONN media xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat yayıb.

M.Qəhrəmanlının məlumatına görə, jurnalın baş redaktorunun maaşı əlavədən sonra 8147 manat olub. Buna qədər baş redaktorun maaşı 4526 manat idi.

Redaktor müavini və baş mühasibin maaşı 4209 manatdan 7155 manata, baş mühasibin müavininin maaşı isə 3914 manatdan 6262 manata qaldırılıb.

Qeyd edək ki, jurnalın baş redaktoru akademik İbrahim Quliyevdir. Jurnal Azərbaycan, rus və ingilis dillərində nəşr olunur

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png