ONN İnformasiya Agentliyi

Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
15 Yanvar 2020 - 21:13
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız, alman) fənləri üzrə imtahana daha da səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən ONN media -ya verilən məlumata görə, sınaq imtahanları 2020-ci il yanvarın 18-i saat 10:00 və 15:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 17 yanvar saat 17:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün https://eservices.dim.gov.az/elimt/DocSinaq keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait (60 AZN) qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png