ONN İnformasiya Agentliyi

Elina ilə bağlı ŞOK FAKTLAR- Direktor 2 saat…

Elina ilə bağlı ŞOK FAKTLAR- Direktor 2 saat…
08 Aprel 2019 - 13:34

162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın vəfatı ilə bağlı ilginc məlumat ortaya çıxıb.

ONN media xəbər verir ki, bu barədə açıqlama verən təhsil üzrə tanınmış ekspert kamran Əsədov Movqe.az-a bildirib ki, məktəbin direktoru Sevinc Abbasova Elinanın intiharı barədə dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməyib: “Elina intihar edəndən sonra iki saat o yerdə qalıb. Bu barədə mənə məktəbdən etibarlı mənbə məlumat verib. İki saatdan sonra təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edilibdir. Hadisədən şok yaşayan məktəb rəhbərliyi həyəcandan necə davranacağını bilməyib. İki saatdan sonra təcili yardıma müraciət edildiyindən, qızcığazın həyatını qurtarmaq da görünür mümkün olmayıb. Vaxtında həkimə müraciət edilsəydi, bəlkə də Elina yaşayacaqdı. Bu fakt mütləq Prokurorluq tərəfindən araşdırılmalıdır”.

K. Əsədov deyib ki, indiyə qədər Bakı Şəhər Təhsil İdarəsinə 162 saylı məktəblə bağlı çox şikayət daxil olub. Amma o şikayətlərin hamısının üstünü Bakı Təhsil İdarəsinin Daxili Nəzarət sektorunun rəisi bağlayıb. mövqe.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png