ONN İnformasiya Agentliyi

Mal əti UCUZLAŞDI – Son qiyməti

Mal əti UCUZLAŞDI – Son qiyməti
30 Dekabr 2017 - 23:00

Yeni il bayramı ərəfəsində bölgələrdə ətin qiyməti ucuzlaşıb.

ONN media xəbər verir ki, əsas ucuzlaşma iribuynuzlu heyvanlarda müşahidə edilir. Bölgələrdəki ucuzlaşmanın paytaxtdakı satış qiymətlərinə də təsir etməsi gözlənilir. Ən çox heyvan satışının olduğu bölgələrdən biri olan Bərdə və ətraf rayonlarda qiymətlər son günlər xeyli düşüb.

Ətin qiymətində 1 manata qədər enmə müşahidə edilib. Qəssablar qiymətlərin düşməsini bazarda diri heyvanların ucuzlaşması ilə əlaqələndiriblər. Bölgələrdəki bu ucuzlaşmanın yaxın günlərdə paytaxtdakı satış qiymətlərinə də təsir etməsi gözlənilir. Quzu və qoyun ətinin qiyməti isə dəyişməz olaraq qalır. (Xezerxeber)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png