ONN İnformasiya Agentliyi

“Whatsapp”a yeni funksiya gəlir

“Whatsapp”a yeni funksiya gəlir
22 Aprel 2024 - 15:09

“WhatsApp” tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar.

ONN media bu barədə xarici mediaya istinadən xəbər verir.

Messencerin “Android” 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb.

“WhatsApp”da fayl paylaşımı dövrü

“WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

Bu yolla istifadəçilər internetsiz faylları paylaşa biləcəklər. Şirkət həmçinin paylaşılan faylların şifrələnəcəyini qeyd edir.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam nəzarət edəcəklər.

“WhatsApp” yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png