Günün qoroskopu: İşdə ciddi fikir ayrılıqları olacaq

ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - Günün birinci yarısı enerjinizin aşıb-daşdığını hiss edəcəksiniz. Mürəkkəbliyindən, qarışıqlığından asılı olmayaraq istənilən işin qulpundan yapışmağa hazırsınız. Peşəkar ambisiyalarınız güclənir, yaradıcı planlarınızı həyata keçirmək həvəsiniz də artır. Ancaq bu gün vaxtından tez "yanırsınız": təsadüfən uğursuzluğa düçar olursunuzsa, başladığınız işə olan bütün həvəsiniz itir. Buğa - vəziyyət 180 dərəcə dəyişir. Qaraqabaq, qapalı birinə çevrilir, ünsiyyəti məhdudlaşdırırsınız. Yaxınlarınızın diqqəti və qayğısı sizi sevindirmək əvəzinə, daha da əsəbləşdirir. Sizinlə dil tapmaq çox çətindir. Əkizlər - məhsuldar gündür. İş görmək vaxtıdır. İrimiqyaslı işgüzar planlarınızı həyata keçirməyə çalışın. Xeyli məsələnin öhdəsindən gəlmək gücündəsiniz. Sizə şübhə edənlərə tam əksini sübut edə bilərsiniz. Vacib sənədlər, uzunmüddətli müqavilələr imzalaya bilərsiniz. Xərçəng - emosional durumunuz elə də yaxşı deyil. Öz qələbələrinizə sevinmirsiniz. Bir çox Xərçənglər bu yaxınlarda yaranmış şəxsi problemləri səbəbindən narahatdırlar, qara fikirlərdən can qurtarmaq çətindir. Günün ikinci yarısında miqren və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Şir - işə köklənmək elə də asan deyil. Çünki fikriniz tamam başqa yerdədir. Həmkarlarınızla mübahisələr mümkündür. Çətin ki, rəhbərlik vəzifənizi yerinə yetirmək tərzinizdən razı qalsın. Pulları havaya sovurmağa meyllisiniz. Nə ilə bitəcəyi barədə isə heç fikirləşmirsiniz. Qız - bu günün çətinliklərinə baxmayaraq, yaxşı əhvalı və həyata nikbin baxışınızı qoruyub saxlayırsınız. Vaxtilə birlikdə oxuduğunuz və yaxud ümumi elmi maraqlarla bağlı olduğunuz insanlarla görüşlər üçün əla gündür. Tərəzi - müsbət və mənfi tendensiyalar sizin əhvalınıza hakim olmaq uğrunda sanki savaşa çıxıblar. Bu səbəbdən tarazlığı saxlamaq çətindir. Qarşınıza qoyduğunuz məsələləri həll etmək asan olmayacaq, amma təslim olmağa niyyətiniz yoxdur. Çoxdankı düşməninizə qalib gələ bilərsiniz, amma onun yerinə iki, hətta üç yenisi çıxacaq.