ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - Günün birinci yarısı enerjinizin aşıb-daşdığını hiss edəcəksiniz. Mürəkkəbliyindən, qarışıqlığından asılı olmayaraq istənilən işin qulpundan yapışmağa hazırsınız. Peşəkar ambisiyalarınız güclənir, yaradıcı planlarınızı həyata keçirmək həvəsiniz də artır. Ancaq bu gün vaxtından tez "yanırsınız": təsadüfən uğursuzluğa düçar olursunuzsa, başladığınız işə olan bütün həvəsiniz itir. Buğa - vəziyyət 180 dərəcə dəyişir. Qaraqabaq, qapalı birinə çevrilir, ünsiyyəti məhdudlaşdırırsınız. Yaxınlarınızın diqqəti və qayğısı sizi sevindirmək əvəzinə, daha da əsəbləşdirir. Sizinlə dil tapmaq çox çətindir. Əkizlər - məhsuldar gündür. İş görmək vaxtıdır. İrimiqyaslı işgüzar planlarınızı həyata keçirməyə çalışın. Xeyli məsələnin öhdəsindən gəlmək gücündəsiniz. Sizə şübhə edənlərə tam əksini sübut edə bilərsiniz. Vacib sənədlər, uzunmüddətli müqavilələr imzalaya bilərsiniz. Xərçəng - emosional durumunuz elə də yaxşı deyil. Öz qələbələrinizə sevinmirsiniz. Bir çox Xərçənglər bu yaxınlarda yaranmış şəxsi problemləri səbəbindən narahatdırlar, qara fikirlərdən can qurtarmaq çətindir. Günün ikinci yarısında miqren və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Şir - işə köklənmək elə də asan deyil. Çünki fikriniz tamam başqa yerdədir. Həmkarlarınızla mübahisələr mümkündür. Çətin ki, rəhbərlik vəzifənizi yerinə yetirmək tərzinizdən razı qalsın. Pulları havaya sovurmağa meyllisiniz. Nə ilə bitəcəyi barədə isə heç fikirləşmirsiniz. Qız - bu günün çətinliklərinə baxmayaraq, yaxşı əhvalı və həyata nikbin baxışınızı qoruyub saxlayırsınız. Vaxtilə birlikdə oxuduğunuz və yaxud ümumi elmi maraqlarla bağlı olduğunuz insanlarla görüşlər üçün əla gündür. Tərəzi - müsbət və mənfi tendensiyalar sizin əhvalınıza hakim olmaq uğrunda sanki savaşa çıxıblar. Bu səbəbdən tarazlığı saxlamaq çətindir. Qarşınıza qoyduğunuz məsələləri həll etmək asan olmayacaq, amma təslim olmağa niyyətiniz yoxdur. Çoxdankı düşməninizə qalib gələ bilərsiniz, amma onun yerinə iki, hətta üç yenisi çıxacaq.
Günün qoroskopu: İşdə ciddi fikir ayrılıqları olacaq



Günün qoroskopu: bu gün vaxtından tez "yanırsınız"
Günün qoroskopu: Yaxşı əhval-ruhiyyəni günün sonunadək qoruya bələcəksiniz
Günün qoroskopu: Xoş bir gün olacaq
Günün qoroskopu: Güclü və müdrik bir insanın dəstəyini qazana bilərsiniz
Günün qoroskopu: işdə ciddi fikir ayrılıqları olacaq
Günün qoroskopu: yeni layihəni həyata keçirməyə hazır olun
Günün qoroskopu: bütün gün ərzindən mənfi tendensiyaların təsirini hiss edəcəksiniz
Günün qoroskopu: siz çox danışırsınız, lakin öz sirlərinizi açmırsınız
Günün qoroskopu: Bir çoxları, hətta ən ciddilər belə, yüngüllüyə meyl edirlər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 