"Sahil" metrosunda problem yarandı

"Sahil" metrosunda problem yarandı


Metronun ötən gün açılışı olan "Sahil" stansiyasında eskalatorların fəaliyyətində fasilə yaranıb.

ONN media xəbər verir ki, gün ərzində bir neçə dəfə enən eskalatorların hərəkəti dayanıb.

"Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəxtiyar Məmmədov  açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:

"Səhər saat 10 radələrində "Sahil" stansiyasındakı 3 və 4 saylı (enən) eskalatorlarda 3 dəfə hadisə baş verib. Bu səbəbdən də eskalatorların avtobloklanması baş verib. Hər dəfə fasilə 30-40 saniyə çəkib. Yeni eskalatorların fəaliyyəti tam avtomatlaşdırıldığı üçün avtobloklanmanın olması normaldır".

B.Məmmədov deyib ki, hadisənin səbəbləri araşdırılacaq:

"Bu gecə həmin hadisənin başvermə səbəbləri araşdırılacaq və tam aradan qaldırılacaq".

Qeyd edək ki, "Sahil" stansiyası 2017-ci ilin avqustun 21-də metronun təmirə bağlanıb. Ötən gün isə Azərbaycan Prezidenti İlham Əliyev metronun bu stansiyasının təmir və yenidənqurmadan sonra açılışını edib

Geri qayıt