Metronun ötən gün açılışı olan "Sahil" stansiyasında eskalatorların fəaliyyətində fasilə yaranıb.
ONN media xəbər verir ki, gün ərzində bir neçə dəfə enən eskalatorların hərəkəti dayanıb.
"Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:
"Səhər saat 10 radələrində "Sahil" stansiyasındakı 3 və 4 saylı (enən) eskalatorlarda 3 dəfə hadisə baş verib. Bu səbəbdən də eskalatorların avtobloklanması baş verib. Hər dəfə fasilə 30-40 saniyə çəkib. Yeni eskalatorların fəaliyyəti tam avtomatlaşdırıldığı üçün avtobloklanmanın olması normaldır".
B.Məmmədov deyib ki, hadisənin səbəbləri araşdırılacaq:
"Bu gecə həmin hadisənin başvermə səbəbləri araşdırılacaq və tam aradan qaldırılacaq".
Qeyd edək ki, "Sahil" stansiyası 2017-ci ilin avqustun 21-də metronun təmirə bağlanıb. Ötən gün isə Azərbaycan Prezidenti İlham Əliyev metronun bu stansiyasının təmir və yenidənqurmadan sonra açılışını edib



Bakı metrosunda həyəcanlı anlar- DƏHŞƏT
Bakıda metroda HƏYƏCANLI ANLAR - "Sahil" stansiyasında işıqlar söndü
"Xətai" stansiyası nəvaxt açılacaq?
Sahil metrosunun istifadəyə veriləcəyi tarix açıqlandı
"Həzi Aslanov" stansiyasında təmir başladı
Metroda yenə problem yarandı
"Sahil" stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu
Metroda sərnişinlər qatardan niyə düşürdüldü?
Bakı metrosunda nasazlıq: Qatar bu stansiyada dayanmadı
Bakı metrosunda OLAY: Gənc qız...
Bakı metrosunda eskalatot dayandı- Xəsarət alanlar var
“Xətai” stansiyasında hansı yeniliklər olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 