ONN İnformasiya Agentliyi

Qaradağda ulu öndər Heydər Əliyevin anma mərasimi keçirilib

Qaradağda ulu öndər Heydər Əliyevin anma mərasimi keçirilib
12 Dekabr 2018 - 15:00

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

ONN media xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png