ONN İnformasiya Agentliyi

ŞAD XƏBƏR: Bu şəxslərə Kompensasiya ödənəcək

ŞAD XƏBƏR: Bu şəxslərə Kompensasiya ödənəcək
29 Mart 2022 - 10:20

Mart ayında yağan intensiv yağışlar bəzi cənub rayonlarında təsərrüfat sahiblərinə ciddi zərər vurub. Əkin sahələrinin su altında qalması onları çıxılmaz vəziyyətdə qoyub. Kənd təsərrüfatı ilə yanaşı, ev və obyektlərə də ciddi ziyan dəyib.

ONN media xəbər verir ki, “XəzərXəbər”ə danışan Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vətəndaşlara dəymiş zərərin ödənməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Komitə sədri bildirib ki, cənub bölgəsində seldən zərər çəkmiş vətəndaşlara kompensasiya ödənəcək. Onun sözlərinə görə, sel nəticəsində Masallı və Cəlilabad rayonlarında əhaliyə dəymiş zərərin ödənməsi nəzərdə tutulub.

O qeyd edib ki, artıq selin əhaliyə vurduğu zərərin hesablanmasına başlanıb. Tahir Rzayevin sözlərinə görə, sel geniş ərazini əhatə etmədiyinə görə işlər qısa zamanda yekunlaşa bilər.

Xatırladaq ki, son günlər ölkənin cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, həmçinin qısamüddətli sel və daşqın müşahidə olunub. Nəticədə Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərini su basmış sakinləri təxliyə ediblər. İntensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub.

Daha ətraflı süjetdə:

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png