ONN İnformasiya Agentliyi

Siqaret çəkən və spirtli içki içənlərin nəzərinə – ÜST xəbərdarlıq etdi

Siqaret çəkən və spirtli içki içənlərin nəzərinə – ÜST xəbərdarlıq etdi
21 Mart 2020 - 17:44

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.

ONN media xəbər verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb: “İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz”.

Baş direktor əlavə edib ki, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmaq lazımdır:

“Evdən işləsəniz, uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin. Qalxın və hər 30 dəqiqədə 3 dəqiqəlik fasilə verin”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png