ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Ordumuzun əsgəri həbs olundu

SON DƏQİQƏ: Ordumuzun əsgəri həbs olundu
22 İyun 2022 - 21:46

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Soltanpaşa oğlu Məlikov həbs edilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən ONN media-ya bildiriblər ki, Ə.S.Məlikova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində 4 ay (dörd) müddətində həbs qətimkan tədbiri seçilib.

Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Soltanpaşa oğlu Məlikovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə), 335.2-ci (Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırması) və digər maddələrində nəzərdə tutulan əməlləri törətməsinə əsaslı şübhələrin olduğu müəyyən edilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png