ONN İnformasiya Agentliyi

“Təzə bazar” belə olacaq – FOTO

“Təzə bazar” belə olacaq – FOTO
17 Dekabr 2020 - 12:34

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar”ın rekonstruksiyadan sonrakı görüntüsü yayılıb.

Səməd Vurğun küçəsində yerləşən bazar ötən ayın sonlarından sökülməyə başlayıb. Həmin ərazidə isə daha müasir və standartlara cavab verən yeni bazarın tikiləcəyi açıqlanıb.

Yeni bazarın görüntüsü də onu göstərir ki, “Təzə bazar”ın görünüşü əvvəlkindən xeyli fərqli olacaq.

Xatırladaq ki, “Təzə bazar” özəl şirkətə məxsus olduğundan orada icarəyə yer götürərək ticarətlə məşğul olan sahibkarlar şirkət tərəfindən 3 yerə köçürülüblər.

Sahibkarların bir hissəsi keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “EuroHome”, bir hissəsi “Təzə bazar”la üzbəüz “AF Center”, bir hissəsi isə Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçəsi arasında yerləşən “AfkomPlaza” ticarət mərkəzlərində fəaliyyət göstərirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png