ONN İnformasiya Agentliyi

Zakir Həsənov Brüsselə getdi

Zakir Həsənov Brüsselə getdi
24 Oktyabr 2019 - 13:15

NATO-nun Mənzil-Qərargahında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png