ONN İnformasiya Agentliyi

İdris İsayev: “Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır”

İdris İsayev: “Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır”
16 May 2023 - 15:34

“Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır”.

ONN media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, təhsil proqramlarına yanaşma dəyişməlidir:

“Bu proqramlar əmək bazarına uyğun tərtib edilməlidir. Buna görə proqram hazırlayan Təhsil İnstitutunin əməkdaşlarının peşəkarlığı artırılmalıdır”.

Nazir müavini bildirib ki, məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır:

“Uşaqlar ibtidai siniflərdən artıq valideynlərinin peşələri və əmək bazarındakı peşələr barədə məlumatlanmalıdır. Gənclərə peşə seçimləri ilə bağlı istiqamət verilməlidir. Bununla bağlı məktəblərdə maarifləndirmə tədbirləri keçirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png