ONN İnformasiya Agentliyi

Bu gecə ikinci Qədr gecəsidir

Bu gecə ikinci Qədr gecəsidir
14 May 2020 - 22:30

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (Əhya) gecəsi olacaq.

ONN media xəbər verir ki, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edib. Bu gün – Ramazanın 20-ci günü Qədr gecəsinin ikinci, Ramazanın 22-ci günü – mayın 16-da isə üçüncü gecəsi olacaq.

Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı – mayın 20-dən 21-nə keçən gecə də Qədr gecəsi olacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png