ONN İnformasiya Agentliyi

Ərdoğan CHP-ni sərt tənqid etdi

Ərdoğan CHP-ni sərt tənqid etdi
27 Yanvar 2021 - 15:03

“Ölkəsinə və millətinə qarşı məsuliyyət hiss edən hər kəsdən gözləntimiz öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmələridir”.

ONN media  xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan AKP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.

“Vəzifəmizi layhiqincə yerinə yetirsək, nə ölkəmizin, nə Cumhur İttifaqının, nə də AKP-nin önündə dura biləcək bir güc tanımırıq.

Bizdən başqa xidmət müxalifəti ortaya qoya bilən də, gələcək dizayn edən də yoxdur. Tək vədləri Tayyib Ərdoğanı hakimiyyətdən salmaq olan bir müxalifətə bu millət iqtidar verməz. CHP idarəçiləri öz daxilində yaşanan təcavüz, oğurluq, arsızlıq qalmaqallarının üzərini örtmək üçün həm bizə, həm millətimizə olan təhqirlərini artırmağa başladı.

Millətimizin önünə çıxaraq, özlərini tənqid edəcəkləri, üzr istəyəcəkləri, daxili təcavüzçülərdən, oğrulardan cavab tələb edəcəkləri halda, özlərini riyakarlığa qoyurlar”, – deyə Ərdoğan vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png