ONN İnformasiya Agentliyi

Ərdoğanın Osaka uğuru

Ərdoğanın Osaka uğuru
30 İyun 2019 - 12:22

Türkiyənin güvənliyi üçün S-400 məsələsində qəti mövqe nümayiş etdirilməsini düzgün addım olaraq görürük.

ONN media xəbər verir ki, bu açıqlama ilə Səadət Partiyasının lideri Təməl Karamollaoğlu çıxış edib.

Karamollaoğlu S-400 sistemlərinin Türkiyənin müdafiə imkanlarını bütünlüklə dəyişdirən bir sistem olduğunu söyləyib:

“S-400 yalnız S-400 məsələsi deyil, Türkiyənin təhlükəsizliyi daha geniş miqyasda müzakirə olunmalıdır. Eyni zamanda, Yaxın Şərqdə yeni formalaşma cəhdləri var. “Yüz ilin müqaviləsi” kimi fikirlər ortaya atılır. Daha sonra Suriya məsələsini həll etmək üçün ABŞ, Rusiya və İsrail bir araya gəlir. Biz G20-nin üzvü olaraq, Qərb ilə müzakirələrə əhəmiyyət veririk. Amma bizim regionumuzun şərtlərini nəzərə alaraq, burada xəritənin dəyişdirilməsi, yenidən çəkilməsi məsələsində hər kəs üzərinə düşən addımları atmalıdır, mütləq tədbirlər görülməlidir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png