Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
ONN media xəbər verir ki, bu barədə cümə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hualien şəhərindən 66 km şimal-şərqdə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat, dağıntı və sunami təhlükəsi barədə məlumat verilmir.