ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb. Hadisənin Nyu York ştatının cənub hissəsindəki Midltaun şəhərində baş verdiyi bildirilir.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Təyyarənin hansı səbəbdən qəzaya uğraması hələlik məlum deyil.