Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində həyatını itirənlərin sayı 70 nəfəri ötüb.
ONN media xəbər verir ki, yüzlərlə insan xəsarət alıb. Çox sayda tikili və nəqliyyat vasitəsi sıradan çıxıb. 3 mindən çox insan təxliyə olunub. Təbii fəlakət ümumilikdə 2 milyon insana təsirini göstərib. Vulkan püskürməsinin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə çox sayda xilasedici cəlb olunub.
Qeyd edək ki, bu Qvatemalada tələfat sayına görə son 44 ildə baş verən ən böyük vulkan püskürməsidir. Fueqo vulkanının püskürməsi nəticəsində həyatını itirənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edilib.