Los-Anceles şosesində (Kaliforniya ştatı) avtobusun aşması nəticəsində 25 sərnişin xəsarət alıb.
ONN media xəbər verir ki, bu barədə şəhərin yanğından mühafizə idarəsi məlumat yayıb.
Qurumun məlumatında avtobusda 32 nəfərin olduğu bildirilir.
Qəzanın fəsadlarının qarşısını almaq məqsədilə hadisə yerinə 84 yanğınsöndürən cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır. Hadisənin səbəbi barədə məlumat verilməyib.