Türkiyəyə S-400 zenit-raket kompleksinin verilməsindən öncə hərbi-texniki işbirliyi haqqında saziş imzalanacaq.
ONN media haberturk- ə istinadən xəbər verir ki, bu barədə “Rostex” şirkətinin rəhbəri Sergey Çemezov bildirib.
S.Çemezov qeyd edib ki, S-400 ZRK Türkiyəyə 2019-cu ilədək veriləcək: “Lakin bu müdafiə sistemi Türkiyədə qurulmamışdan öncə iki ölkə arasına hərbi-texniki işbirliyi haqqında saziş imzalanacaq”.
İmzalanacaq hərbi-texniki sazişə əsasən və S-400 ZRK-ların təhvil verilməsindən öncə Türkiyədə hərbi bazanın yaradılması istisna edilmir.