Türkiyənin müdafiə naziri Hulusi Akar və Pentaqonun rəhbəri Ceyms Mettis arasında telefon danışığı olub.
ONN media-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı ABŞ və Türkiyə arasındakı münasibətləri müzakirə ediblər.
Bundan əlavə, H.Akar və C.Mettis Suriyadakı vəziyyəti və terrorçuluğa qarşı mübarizə məsələlərini müzakirə ediblər.